İti döyən şəxs cərimələndi - VİDEO

15:26 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb:

 

“Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib”.